Haker qrupu Kremlin və Prezident Administrasiyasının saytlarına hücum edib
AZXEBER.COM-un “trtazerbaycan”a istinadən verdiyi xəbərə görə, "Anonymous" qrupuKremlinvə RusiyaPrezidentAdministrasiyasınıninternetsəhifələrinə hücumedib.
Mayın 7-də and içərək vəzifəsinin icrasına başlayan Vladimir Putinə etiraz edən hakerlərin hücumundan sonra rəsmi qurumların saytlarına bir saat ərzində daxil olmaq mümkün olmayıb.
Kremldən verilən açıqlamada "Anonymous"dan daha əvvəl də təhdid alındığı, amma sayta hücumu kimin təşkil etdiyinin hələ məlum olmadığı bildirilib.
Saytlara hücum etdiyini sosial şəbəkə vasitəsilə elan edən "Anonymous" isə Rusiya müxalifətinə dəstək verdiyini açıqlayıb.