Bu barədə açıqlama verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, Azərbaycan gəncliyinin mütləq əksəriyyəti ölkədə aparılan islahatlara dəstək verir və prezident İlham Əliyevin siyasətini müdafiə edirlər: “Belə olan halda bir qrup radikal gənclər qrupunun ölkə gəncliyi adından açıqlamalar verməsi, gənclərin guya hakimiyyətdən narazı olması haqqında rəy yaratması gülünc olduğu qədər də, hiddət doğurur. Bu qrupda təmsil olunan 15-20 nəfər adam sosial şəbəkələrdə saxta profillərlə say artıraraq, ictimai rəyi çaşdırmağa cəhd edirlər”.
F.Şahbazlının sözlərinə görə, Azərbaycan gənclərin böyük əksəriyyətinin prezidenti müdafiə etdiyi danılmaz gerçəklikdir: “Bu baxımdan hesab etdik ki, ölkədə iqtidara, dolayısı ilə ölkəmizin inkişafına yönəlik islahatlara dəstək verən gənclərimizin virtual bazasını yaradaq. Onların sayı minlərlədir.
Ancaq bu aksiya radikal qüvvələrin sosial şəbəkələrdə saxta yollarla yaratdığı səhifə və qruplardan fərqli olacaq. Belə ki, bu aksiya zamanı ölkə prezidentinin siyasətini müdafiə edən gənclər qeyd etdiyimiz elektron ünvana([email protected]/* */) özləri haqqında bütün məlumatları dəqiq qeyd etmək şərti ilə məktub göndərərək dəstəklərini ifadə edə biləcəklər. Bütün bu məlumatlar arxivləşdiriləcək və bəlli olacaq ki, Azərbaycan gəncliyinin real mövqeyi nədir. Aksiyanın gedişi ilə bağlı ictimaiyyətə ətraflı məlumatlar veriləcək”.
F.Şahbazlının sözlərinə görə, bu aksiyanın ilkin mərhələsidir: “Növbəti mərhələdə virtual olaraq prezidentə dəstək nümayiş etdirən gənclərlə canlı görüşlər keçiriləcək”.