Hakimliyə namizədlərin imtahan nəticələri açıqlandı

Hakimliyə namizədlərin imtahan nəticələri açıqlandı
Bütün Xəbərlər
13:21 17.05.2013
2613

Hakimliyə 76 namizəd yazılı imtahan verib

Hakimliyə namizədlərin imtahan nəticələri açıqlanıb. AZXEBER-in Vəkillər Kollegiyasının saytına istinadən verdiyi xəbərə görə, test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçərək, 1 il müddətinə davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə staj keçməni başa vurmuş 76 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədi ilə cari ilin mayın 3-də şəffaf prosedurlar əsasında yazılı imtahan keçirilib. Hakimlərin Seçki Komitəsinin yaydığı məlumata görə, imtahan zamanı namizədlər məhkəmə qərarlarının layihələrini tərtib etmək bacarıqlarını nümayiş etdiriblər. İmtahan nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən yoxlanılmış və bütün namizədlər tədrisin yekunları üzrə şifahi imtahana buraxılıb.

OXŞAR XƏBƏRLƏR