Hamamda bədbəxt hadisə: 64 yaşlı qadın öldü

Hamamda bədbəxt hadisə: 64 yaşlı qadın öldü
SOSİAL
21:09 19.09.2026
56
Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Kənd sakini, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR