iPhone 6 və iPhone Plus-dan sonra "Apple" daha bir yeniliyini təqdim etməyə hazırlaşır. Bu dəfə şirkət "Apple" sevənləri yeni məhsulu ilə sevindirəcək.AZXEBER.COM-un məlumatına görə, təqdimat oktyabrın 16-da olacaq.İlkin məlumata görə, bu yenilik iPad olacaq. Çünki adətən adıçəkilən şirkət telefonlardan sonra yeni planşetlərini təqdim edir.Gözlənən planşetlərin 12.5 düym ekrana malik ola bilər. Məlumata görə, bu yenilik iPad Pro və ya standart ölçülərdəki iPad Air 2 olacaq.