Hamilə olduğu üçün peyvənd olunmayan qadın məmur koronavirusdan öldü - FOTOLAR

Hamilə olduğu üçün peyvənd olunmayan qadın məmur koronavirusdan öldü - FOTOLAR
DÜNYA
23:06 27.11.2021
589
Gümüşhane Sosial Müdafiə təşkilatında çalışan və 9 aylıq hamilə olduğu səbəbi ilə peyvənd olunmayan Vahide Bozer dünyasını dəyişib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, hadisə Adana şəhərində baş verib.

Qadının körpəsi qeysəriyyə əməliyyatı ilə götürülüb.

Dostlarının ölüm xəbəri həmkarlarını şoka salıb.

Gümüşhane Sosial Müdafiə Təşkilatı İl Müdirliyində məmur işləyən və ikinci övladına hamilə olan qadın analıq məzuniyyəti ilə Adanaya gedib. 2 həftə əvvəl Covid-19 xəstəliyinə tutulan Yaman Adana Şəhər Xəstəxanasında müalicə olunub.

Xəstə yatağında uşaqın adını kağıza "Buğra” yazan Yaman oğlunu sağ-salamat dünyaya gətirib və vəziyyəti pisləşib. Edilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR