00:58 şənbə, 07 Dekabr 2019
İDMAN

Hamşik: Azərbaycana vurduğum qolda bəxtim gətirdi

11:47, 20.11.20195789
Hamşik: Azərbaycana vurduğum qolda bəxtim gətirdi
Azərbaycanla oyunun çətin keçəcəyini bilirdik. Rəqibə erkən qol vurmaq istəyirdik.

Bunu Slovakiya millisinin kapitanı Mareq Hamşik deyib.

Çində oynayan 32 yaşlı yarımmüdafiəçi Avro-2020-nin seçmə mərhələsinin son turunun Azərbaycan yığması ilə qarşılaşması barədə fikirlərini açıqlayıb. 2:0 hesablı qələbəyə ikinci qolla töhfə verən Hamşik oyunu dəyərləndirib:

"İlk yarıda daha yaxşı oynadıq. Fasilədən sonra bizdə hərəkətlilik çatmırdı. Xoşbəxtlikdən qalib gəlməyi bacardıq. Rəqibin yalnız bir imkanı oldu. Onda da bizi qapıçımız xilas etdi”.

Hamşik 86-cı dəqiqədə vurduğu qoldan da danışıb:

"Qol epizodunda bəxtim gətirdi. Amma yenə də məmnun qaldım. Biz ən çox Uelslə matçlara görə təəssüflənirik. Final mərhələsinə yüksəlmək imkanını həmin oyunlarda itirdik”.

Qeyd edək ki, Azərbaycan millisinin sonuncu olduğu E qrupunda Slovakiya 13 xalla üçüncü yeri tutub.
 
///Oxu.Az 
XƏBƏR LENTİ