Hansı hərbçilərə ev veriləcək? - MEYARLAR

Hansı hərbçilərə ev veriləcək? - MEYARLAR
Bütün Xəbərlər
10:08 12.01.2012
7197
Azərbaycan prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» fərmanı ilə yaradılmış Komissiyanın ilk iclası keçirilib.Azərbaycan Maliyyə Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, iclası giriş sözü ilə açan komissiyanın sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov fərmandan irəli gələn əsas məqsəd və hədəflərdən bəhs edib. Son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıldığını vurğulayan komissiyanın sədri bildirib ki, sözügedən fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət büdcəsi vəsaiti hesabına mənzillə təminatına əsas yaradacaq.S.Şərifovun sözlərinə görə, 1992-ci il yanvarın 1-də qüvvəyə minmiş «Hərbi qulluqçuların statusu haqqında» qanunda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müddəaların olmasına baxmayaraq, praktiki olaraq bunların həyata keçirilməsi mümkün olmayıb: «Çünki qanun qəbul olunarkən dövlətin real maliyyə imkanları düzgün qiymətləndirilməmişdi. Bu da sözügedən qanunun icrasını mümkünsüz edib. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin dekabrın 28-də imzalanmış fərman isə Silahlı Qüvvələrin hərbi qulluqçularının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tarixi bir qərar olmaqla, onların mənzillə təmin edilməsi məsələsinin həllinin real və praktik mexanizmini özündə təsbit edir».İclasda dövlət vəsaiti hesabına mənzillərlə təmin olunacaq hərbi qulluqçuların siyahısının hazırlanması məsələsi də müzakirə olunub və bildirilib ki, qarşıya qoyulan məqsədə çatmaq üçün ilk növbədə fərmanda göstərilən müddətdə qüsursuz xidmət etmiş hərbi qulluqçuların siyahısının hazırlanması üçün istifadə olunacaq meyarlar düzgün müəyyənləşdirilməlidir.Komissiya tərəfindən hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, o cümlədən Silahlı Qüvvələrdə, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və dövlət tərəfindən xidmət dövründə mənzillə təmin olunma meyarlardan istifadə olunması qərara alınıb.Eyni zamanda qərara alınıb ki, Müdafiə Nazirliyi müəyyən olunmuş meyarlara cavab verən hərbi qulluqçular barədə məlumatı Komissiyaya təqdim etsin.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
19:39 26.08.2025
Ukrayna və Britaniya arasında dron istehsalı sahəsində əməkdaşlıq müzakirə olunub
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
19:27 26.08.2025
İtaliya klubu Nemanya Matiçin transferini açıqlayıb
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
19:14 26.08.2025
Cənubi Koreya ABŞ-dən 103 təyyarə alacaq
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır