BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Hansı şəxslər koronavirus testindən keçirilə bilər?

Hansı şəxslər koronavirus testindən keçirilə bilər?
SAĞLAMLIQ
18:07 19.03.2020
3500
"COVID-19 testinin şəxsi istəyə bağlı olmaması tövsiyə olunur”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) cənub ərazi bölməsi üzrə koordinatoru, infeksion xəstəliklər üzrə mütəxəssis Fərrux Sədirov məlumat verib.

Onun sözlərinə görə, koronavirus testinin şəxsi istəyə bağlı olmamasını Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da tövsiyə edir:
 
"Əgər özünüzdə xəstəlik əlamətləri hiss edirsinizsə, Bakı daxili "103”, paytaxtdan kənarda isə "113” təcili tibbi yardım stansiyaları tərəfindən sizə suallar veriləcək. Lazım olan təqdirdə siz müayinə olunacaqsınız. Əgər koronavirusla bağlı yüksək şübhəli məqamlar ortaya çıxarsa, o zaman test olunacaq”.

OXŞAR XƏBƏRLƏR