"AZXEBER.COM"-un "Nazimlə Tez-bazar" rubrikasının qonağı tanınmış aktyor Elcan Rəsulovdur.
Rubrikada məşhur şəxslər onlara verilən qısa sözləri tamamlamalıdırlar.
Həmin süjeti və müsahibəni təqdim edirik:
- Ona görə ailə həyatı qurmuram ki...
Bir az da çox işləyib, istədiyim səviyyədə tanınım.
-Evlənəcəyim xanım...
- Allahın mənə kimi qismət edəcəyi xanımdır. O barədə heç bir şərh vermək istəmirəm.
- İndiki aparıcılar...
- Əvvəlki aparıcılardan geyiminə görə fərqlənir.
- Özümə rəqib gördüyüm aparıcı...
- Yerli aparıcılar hamısı dostumdur.
- Mənim verilişim digər verilişlərdən...
- Aparıcısı ilə fərqlənir
- Ona görə sadəyəm ki...
- Vaxtilə özümdən çox razı olmuşam.
- Avtomobilimin qiyməti...
- Hansının, eləsi var 20 min eləsi var 120 min (rang rover). Ən çox 20 minlik maşını sürürəm.
- Kəmalə mənim üçün...
- Həm tərəf müqabilidir, həm də son dövrün öndə gedən aktrisasıdır.
- Televiziyadan kənarlaşmasını istədiyim aparıcı...
- Əslində, buna bizdə çörəyə bais olmaq kimi düşünürlər. Amma lazımdır.
-Xanımlar məni ona görə çox bəyənir ki...
- Deyib-gülənəm, xanımlar da qocalmağı sevmirlər
- Parodiya etdiyimə görə məndən küsən məşhur...
- Heç kəs məndən küsməyib. Bir dəfə xalq artisti Afaq Bəşirqızı dedi ki, daha məni parodiya etmə.
- Dostlarımın mənə ən böyük hədiyyyəsi...
- Elə qolumdakı saat. Ya 9 min ya da, 11 min dollar olmalıdır
- Ən çox qazandığım qonorar...
- Yarım saat stand -up danışıb 5 min almışam.
- Verdiyim ən dəyərli hədiyyə...
- Elə də bahalı hədiyyə vermirəm. Maksimum 200-300 manat civarında verirəm.
- Anam mənə ən çox onu töhmət vurur ki...
- Çox yemə, köklük pis yaraşır. Yeməyi üstünə dağıtma.
- İndiki rejisorların işi məni...
- İndi elə dönümdəyik ki, heç birimizin işi bir-birimizin xoşuna gəlmir.
- Mənə görə "Ər və arvad”...
- İndi bir kişi və bir qadındır
- İndiki sevgilər...
- İndiki sevgilər səviyyə və təbəqəyə qurulur. Son dövrlərdə bir vəzifəli ailənin kasıb qızı alıb, böyük sarayda toyunu etdiyini görmədim.
- Köklüyün ən pis tərəfi odur ki...
- Rahat yata, nəfəs və ən əsası paltar ala bilmirsən
- Köklüyün ən yaxşı tərəfi odur ki...
- Mən nəsə edəndə maraqlı görünür. Hamı oynayır amma mən oynayanda daha maraqlı görünür. deyirlər bu çəki ilə oynadın və yaxud yol getdin.
- Aktyor olduğum üçün...
- Atam istəyirdi dövlət qulluqçusu olum amma nədənsə 5-6-cı sinifdə düşündüm ki, mən yaxşı aktyor olacam.
- Qızlarda ən çox bəyəndiyim xüsusiyyət...
- Xasiyyət və fiqura. Bir də görürsən ki, 5-6 xanım gəlir fiquraları eyni. Bəlkə onları yığan həkim də eynidir. Amma mən heç vaxt özümdən kiçik və
eyniyaşlı xanımla danışa bilmirəm.
- Stand-up şouya səviyyəsizdir deyənlər...
- Bu da bizdə təzədir. Öyrəşmək lazımdır.
- Azərbaycanda filmlər ona görə uğursuzdur ki...
- 10 milyonluq ölkədə çəkilən filmdir. Dünyada məşhur filmlər əhali sayına görə dəyişir. Yaxşı filmə yaxşı büdcə lazımdır.