Happy Baku şirkətindən növbəti sosial layihə — “TAKSİM”

Happy Baku şirkətindən növbəti sosial layihə — “TAKSİM”
Bütün Xəbərlər
17:55 21.07.2014
1670

Elvin Məmmədov: “TAKSİM” mobil tətbiq Sizə ən yaxın olan taksidən həmçinin “Ayıq sürücü”dən istifadə etmək imkanı verəcək.

Elmi-texnoloji innovasiyanın ən son və populyar uğuru hesab edilən mobil tətbiq insanların həyat mühitinin ayrılmaz hissəsinə çevrilib. Bir sıra iqtisadi, sosial və mədəni ehtiyaclarını mobil tətbiqlər vasitəsi ilə reallaşdıran istifadəçilərin təqribi faizi dünya əhalisinin 75 faizdən çoxunu təşkil edir. Azərbaycanda bu sahə son bir neçə ildə aktuallaşıb. Happy Baku şirkəti ölkədə bu sahənin aparıcı brendinə çevrilməkdədir. Happy Baku şirkətinin icraçı direktoru Elvin Məmmədov saytımıza müsahibəsində şirkətin yeni-sosial layihəsi olan “TAKSİM” barədə geniş məlumat verib.

-Layihənin məqsədi nədən ibarətdir?

- Bu Happy Baku şirkəti tərəfindən istifadəçilər üçün hazırlanan sosial layihədir. Bir çox Avropa dövlətlərində bu layihə artıq bir neçə ildir ki, fəaliyyət göstərir. Çox sevinirəm ki, Azərbaycanda da bu ilkə məhz biz imza atdıq.

-Tətbiqin özəlliyi nədən ibarətdir?

- Yuxarıda qeyd etdiyim kimi “TAKSİM” adlanan mobil tətbiq dünya praktikasında olsada ölkəmiz üçün bir ilkdir. Bundan başqa Naviqator xəritə vasitəsi ilə sizə ən yaxın taksinin markası və dövlət nişanı haqqında lazımi məlumatlar ala və sürücü ilə əlaqə yarada biləcəksiniz. TAKSİM mobil tətbiq Sizə, həmçinin, “Ayıq sürücü”nun yerini naviqator xəritə vasitəsi ilə tapmaq və sifariş vermək imkanı verəcəkdir.

-Bunu taksi xidməti kimi başa düşək yoxsa…?

- Xeyir, bu layihədə hələ ki, kommersiya maraqları və pullu xidmət nəzərdə tutulmayıb. Tətbiqin IOS və Android platformalarına yüklənməsi ödənişsiz olacaqdır. Tətbiqin Android platformalarından yüklənməsi hal-hazırda mümkündür. IOS platfomasından yüklənmə isə bu ayın axırınadək mümkün olacaqdır. Muştərilər taksi və ayıq sürücüləri daha asan tapmaq üçün tətbiqin imkanlarından istifadə edə biləcəklər. Yəni istifadəçilər bir düyməni basmaqla ətraflarında olan ən yaxın taksi və ya ayıq sürücüləri müəyyən edə, onlarla birbaşa ünsiyyət qura biləcəklər. Bu bir növ özünəxidmət anlayışına daha yaxındır. Nəzərinizə çatdırım ki, bu tətbiqin BETA versiyasıdır. Gələcəkdə biz tətbiqə rus və ingilis dillərini də əlavə edəcəyik. Düşünürəm ki, bu BAKU-2015-Avropa oyunlarında iştirak etmək üçün gələn qonaqlar üçün taksi xidmətlərindən mobil tətbiq vasitəsi ilə istifadəsinə şərait yaradacaqdır.

OXŞAR XƏBƏRLƏR