“HAPPY BAKU”dan oruc tutanlara Ramazan Payı - İMSAK - MOBİL TƏTBİQ
Bütün Xəbərlər
16:15 01.07.2014
916
İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində mobil tətbiq ən innovativ üsul hesab edilməkdədir.Belə ki, istifadəçilərin gündəlik tələbatı mobil proqramlaşdırmanın (Mobil Application) bütün sahələrdə istifadə ehtiyacını stimullaşdırır. Statistika onu göstərir ki, dünya əhalisinin 75 faizdən çoxu Android və IOS əməliyyat sistemli smartfonlardan istifadə edir. İnkişaf etmiş və İnkişaf etməkdə olan ölkələrdə isə insanlar öz həyat rahatlığını təmin etmək məqsədi ilə bir çox sosial tələbatlarını-ödəmə, alış-veriş, xəbərlər, əlaqə, sosial şəbəkələr və s. Mobil tətbiq vasitəsi ilə edirlər.“Happy Baku” şirkətinin qısa zaman kəsiyində əldə etdiyi uğurlar bütövlükdə ölkədə İKT-nin inkişafında yeni bir istiqamətin əsasını qoymuş oldu. Bu barədə saytımıza şirkətin direktoru Vüsal İsayev məlumat verib. Azərbaycan texnologiya bazarı üçün yenilik hesab olunan bu sahənin liderliyini qoruyub saxlamağın çətin olduğunu deyən V.İsayev sifarişlərdən əlavə şirkətin istifadəçilər üçün tam təmənnasız tətbiqlər hazırladığını qeyd edib.Belə tətbiqlərdən biri Müqəddəs Ramazan ayı münasibəti ilə hazırlanan “İmsak” tətbiqidir. Android və IOS əməliyyat sistemli bütün smartfon istifadəçiləri bu tətbiqi pulsuz olaraq yükləyə və orada olan funksiyalardan bəhrələnə bilərlər. Tətbiqin özəlliyi ondan ibarətdir ki, istifadəçilər rayonlar üzrə namaz, imsak və iftar vaxtlarını öyrənə bilərlər. Eyni zamanda, günün duaları, iftar yeməkləri, məsləhətlər və səsli xatırlatmalar tətbiqə daxil olan əsas üstünlüklərdəndir. Səsli xatırlatma funksiyası imsak və iftar vaxtı azan səsinin eşidilməsinə imkan yaradır.