Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi

Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
SOSİAL
20:36 13.07.2026
334
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatları olub.

AZXEBER.COM İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.

Belə ki, müvafiq əmrlə Fərid Nəcəfov agentliyin Rəqəmsal həllər departamentinin müdir müavini, Pərvin Məmmədova Daxili nəzarət və audit departamentinin Risklərin qiymətləndirilməsi və təhlil şöbəsinin müdiri, Amin Quluzadə İnsan resursları departamentinin İstedadların idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunublar.
OXŞAR XƏBƏRLƏR