Hava kəskin dəyişəcək, dolu düşəcək - Nazirlik xəbərdarlıq etdi

Hava kəskin dəyişəcək, dolu düşəcək - Nazirlik xəbərdarlıq etdi
SOSİAL
13:26 10.09.2017
1829
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 11-i gündüzdən 12-si səhərədək  bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR