Hava Limanı yolunda iki avtomobil toqquşub

Hava Limanı yolunda iki avtomobil toqquşub
HADİSƏ
10:54 28.06.2026
240
Bakıda Heydər Əliyev prospektindən Hava Limanı istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, BMW və "KIA" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən avtomobillər idarəetmədən çıxaraq bordürə çırpılıb.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR