Hava şəraiti sabahdan mülayimləşəcək

Hava şəraiti sabahdan mülayimləşəcək
Bütün Xəbərlər
11:46 04.11.2014
778
Azərbaycanda müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti sabahdan etibarən mülayimləşəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, oktyabrın 5-i gündüzdən etibarən qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Yaxın 2 gün ərzində temperatur rejimində ciddi fərq gözlənilmir. Oktyabrın 6-7-dən sonra isə ölkə ərazisində havanın temperaturu bu tədricən 1-2 dərəcə yüksələcək.
OXŞAR XƏBƏRLƏR