Hava soyuyur

Hava soyuyur
Bütün Xəbərlər
13:24 04.05.2015
1024
Sabah bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimal olunur.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, mayın 5-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 8-12˚, gündüz 16-20˚ isti olacağı gözlənilir.Mayın 5-də Azərbaycanın bölgələrində də bəzi yerlərdə arabir yağış yağacaq, şimşək çaxacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 9-14˚, gündüz 16-21˚, dağlıq ərazilərdə gecə 2-6˚, gündüz 7-12˚ isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR