Havalar yenidən sərinləyəcək? – Yayla bağlı gözləntilər

Havalar yenidən sərinləyəcək? – Yayla bağlı gözləntilər
SOSİAL
16:08 02.06.2026
189
Yay fəslinin başlanmasına sayılı günlər qalsa da, ölkə ərazisində hava şəraiti hələ də qeyri-sabit olaraq qalır. Tez-tez dəyişən temperatur, yağıntılar və küləkli hava bir çox bölgələrdə yaz fəslinin tipik mənzərəsindən fərqli atmosfer formalaşdırıb. 

Bəs görəsən, yay fəslində bizi nə gözləyir? Havalar yenə sərin keçəcək, yoxsa istilik daha çox olacaq?

Ekoloq Qorxmaz İbrahimli AZXEBER.COM-a açıqlamasında deyib ki, 

"Ötən il də iyun ayı küləkli və sərin keçmişdi. Ona görə iyul və avqust aylarında dəniz suyunun temperaturu kifayət qədər yüksəlməmişdi. İyun ayı, yəni yayın əvvəli, mövsümün ümumi gedişatına təsir göstərir. Əgər iyun sərin keçirsə, yay da adətən daha mülayim olur. İyul ayı ötən ilki kimi isti keçə bilər, lakin daha sonra havaların yenidən sərinləməsi mümkündür”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR