Havaların qeyri-stabil keçməsi balın qiymətinə necə təsir edəcək? - AÇIQLAMA

Havaların qeyri-stabil keçməsi balın qiymətinə necə təsir edəcək? - AÇIQLAMA
SOSİAL
15:16 28.04.2026
341
Son günlər ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti arıçılıq sahəsində narahatlıq yaradıb. 

Belə ki, yağışlı və küləkli hava arıların uçuşunu məhdudlaşdırır. Arılar belə havada pətəkdən çıxmağa çətinlik çəkir və nektar toplamaq üçün çiçəklərə gedə bilmirlər. Digər tərəfdən isə güclü külək və yağış çiçəklənmə və tozlanma prosesini zəiflədir. Çiçəklərdən nektar və tozcuq az olur, bu da arıların qida mənbəyini azaldır. 

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov AZXEBER.COM-a açıqlamasında deyib ki, yağış və soyuq hava səbəbindən arıların bal mövsümünə hazırlığı zəif gedir:

"Hələlik arıçılığın zəif olub-olmayacağı ilə bağlı proqnoz vermək olmur. Qeyri-sabit hava şəraiti müəyyən qədər arıların yaz inkişafına təsir göstərir. Arılar özlərini bal mövsümünə hazırlayırlar. Amma yağış və soyuq hava səbəbindən arıların bal mövsümünə hazırlığı zəif gedir. Havaların soyuq keçməsi bal mövsümünü gecikdirə bilər”.

O qeyd edib ki, balın qiyməti qalxmayacaq:

"Mövcud vəziyyətin o qədər də ziyan verəcəyini düşünmürəm. Baş verəcək geriləməni də uzunmüddətli hesab etmirəm. Hazırkı vəziyyət balın qiymətinə təsir göstərməyəcək. Bal gündəlik tələbat məhsulu olmadığına görə insanlar bal olsa alır, olmasa almır. İndiyədək müxtəlif sahələrdə qiymətlər artıb, amma balın qiyməti çox cüzi dəyişib”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR