Havanın temperaturu 24 dərəcəyə enəcək

Havanın temperaturu 24 dərəcəyə enəcək
Bütün Xəbərlər
14:03 23.10.2012
804
Bakı və Abşeron yarımadasında oktyabrın 23-dən 24-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, havanın temperaturu gecə 14-17, gündüz 19-23 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında oktyabrın 24-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR