İyulun 12-dən 14-dək Respublikanın rayonlarında əsasən yağmursuz, isti hava şəraiti gözlənilir. Lakin ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gözlənilən hava şəraiti əksər rayonlarda kənd təsərrüffatı bitkilərinin böyüməsi və inkişafı, həmiçinin aqrotexniki işlərin görülməsi üçün əlverişlidir.Bakıda və Abşeron yarımadasında iyulun 13-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36 dərəcə isti təşkil edəcəyi gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.