02:34 Cümə Axşamı, 23 Yanvar 2020
İDMAN

Həbib Nurməhəmmədovun atası: Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə...

23:46, 19.11.201912533
Həbib Nurməhəmmədovun atası: Bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə...
UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov "Mir” kanalına verdiyi müsahibədə tezliklə çoxarvadlı olacağını bildirib.  

"Daha üç yer boşdur: bir arvadım var, ikincisi planlaşdırılır, üçüncüsü isə... Bilmirəm, olacaqmı? Allah kişilərə müraciət edib: iki, üç, dörd nəfərlə evlənin. Sizcə, qadınlar inciyirlər? Əminliklə deyə bilərəm ki, bu, sizin üçün gizlidir və bilmirsiniz.  

Ümumiyyətlə, qadına həmişə hörmətlə yanaşmaq lazımdır, çünki kiminsə qızı, bacısı, arvadı, anasıdır”, - deyə böyük Nurməhəmmədov bildirib.  

Qeyd edək ki, mövcud Ailə Məcəlləsinə görə, Rusiyada evli şəxslərə daha bir nəfərlə nikaha icazə verilmir.  
 
///oxu.az

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ