"Həbiblə Makqreqor arasında döyüş yalnız küçədə ola bilər"

İDMAN
20:15 11.02.2020
5152

Qarışıq döyüş növləri üzrə çempion, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov və irland rəqibi Konor Makqreqor arasında revanş döyüşü olmayacaq.

AzxeberSport xəbər verir ki, Həbibin meneceri Əli Əbdül Əziz ESPN kanalına müsahibəsində bu təklifin olduğunu ancaq rədd etdiyini açıqlayıb. 

"Ən yaxşı halda döyüş küçədə baş tuta bilər. Bu döyüşün baş tutması üçün Makqreqor qeyri-adi hərəkət etməlidir, başa düşürsüz?” - Əli Əbdül Əziz Makqreqorun 2018-ci ilin oktyabrı Hyustondakı döyüş zamanı "qırmızı xətti” keçdiyini deyib.

Buna baxmayaraq UFC sədri Deyn Uayt Makqreqorun Həbib Nurməhəmmədov – Toni Ferqüsson döyüşünün qalibi ilə döyüş keçirmək planını açıqlayıb. Həbibin döyüşü 19 apreldə Bruliklində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR