Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam veriləcəkmi?

Həbsdə ölən sabiq icra başçısının cinayət işinə xitam veriləcəkmi?
SOSİAL
12:06 11.09.2021
463
Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirləndirilərək həbs olunan Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev sentyabrın 8-də Gəncə şəhər modul tipli xəstəxanada koronavirusdan vəfat edib. O, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ölümündən əvvəl təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Bəs N.Quliyevin ölümündən sonra onun cinayət işinə xitam veriləcəkmi?

Vəkillər Kollegiyasının üzvü Anar Məmişov "Report”a bildirib ki, cinayət işinə xitam verilməyin iki cür əsası var - bəraətverici əsasla və bəraətverici əsas olmadan xitam verilmə.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs vəfat edəndə məhkəmədə əvvəl onun yaxınlarından biri hüquqi varis kimi tanınır: "Hüquqi varis müəyyən olunana qədər isə işə baxılması dayandırılır. Məhkəmə onun ailə üzvlərinə, yaxınlarına məlumat verir. Ölmüş təqsirləndirilən şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən şəxsin hüquqi varisi hesab olunur. Əgər həmin hüquqi varis razılıq verərsə ki, cinayət işinə xitam verilsin, onda cinayət işinə bəraətverici əsas olmadan xitam verilir. Və ya məhkəmə qərar verir ki, bu şəxs cinayəti törədib, ancaq təqsirləndirilən öldüyü üçün cinayət işinə xitam verilsin.

Bundan başqa, təqsirləndirilən şəxsin hüquqi varisi hesab edirsə ki, həmin şəxs cinayəti törətməyib, onda bəraət alması üçün işi davam elətdirirlər. Məhkəmədə sübut olunsa ki, həmin şəxsin günahı yoxdur, o zaman ölən şəxslə bağlı cinayət işinə bəraətverici əsasla xitam verilir”.

Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

N.Quliyev 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin rəsmi məlumatına əsasən, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.

Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri ("buzlu şüşə") aşkar olunaraq "COVID-19 infeksiyasına yoluxma" diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.

Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən N.Quliyev orada vəfat edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama