Həbsdə olan azərbaycanlı IŞİD üzvü əməlindən peşiman olmadığını deyib

Həbsdə olan azərbaycanlı IŞİD üzvü əməlindən peşiman olmadığını deyib
Bütün Xəbərlər
17:12 16.01.2015
2179
Bu fikri Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunan və hazırda nazirliyin istintaq təcridxanasında saxlanılan Kamran Əzizov deyib.
Bu barədə AZXEBER.COM-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov məlumat verib. E.Behbudov bu gün MTN-in istintaq təcridxanasında saxlanılan Kamran Əzizov və Vidadi Sultanovla görüşüb. Hüquq müdafiəçisinin sözlərinə görə, görüşdüyü şəxslər saxlanma şəraiti və təcridxanada onlara qarşı münasibətdən şikayət etməyiblər: “Bizə bildirdilər ki, saxlanma şəraitləri standartlara uyğundur. İŞİD-in üzvü olan Kamran bildirdi ki, törətdiyi əməllərdən peşiman deyil. Təlimlərdə iştirak edən Vidadi Sultanov isə bizə bildirdi ki, o bu yolda olduğundan peşimandır”.
Xatırladaq ki, Kamran Əzizov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurlar. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilinir. K.Əzizov 2012-ci ildə Suriyaya gedib. Ötən il dekabrın 5-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. İŞİD-in üzvüdür.
Vidadi Sultanov isə Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, dini ayrı seçkiliyin salınması) maddəsi ilə təqsirləndirilir. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. 2014-cü ilin iyul ayında Suriyaya gedib. İŞİD-in üzvüdür.
Orxan
OXŞAR XƏBƏRLƏR