Həbsdə olan general Rövşən Əkbərov etiraf etdi

Həbsdə olan general Rövşən Əkbərov etiraf etdi
SOSİAL
14:47 08.09.2021
801
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində vaxtilə Müdafiə Nazirliyinin tərkibində Mülki Müdafiə üzrə Qərargah rəisinin müavini işləmiş, ehtiyatda olan polkovnik Elxan Cəbiyev dindirilib.

O deyib ki, 2001-ci ilin may ayının sonlarında Ukraynanın Kiyev şəhərində keçirilən tədbirdə iştirak edib: "Həmin tədbirdə Rövşən Əkbərovla tanış oldum.

Kiyevdən qayıtmazdan əvvəlki gün, mayın 31-də o, məndən bir bağlamanı Bakıya aparmağımı xahiş etdi. Səfirliyə gedib bağlamanı götürdüm. Səhəri gün isə Bakıya gətirdim, içərisində nə olduğunu bilmirdim”.

Daha sonra "Olaylar" qəzetinin baş redaktoru, qətlə yetirilən Elçin Əliyevin yaxın dostu olmuş Yunis Oğuz ifadə verib.

O bildirib ki, hadisənin səhərisi günü E.Əliyevin qətlə yetirildiyini eşidib: "Elçinin atasıgilə gələndə orada söz-söhbət gəzirdi ki, onu Rövşən Əkbərov öldürüb.

Elçinin meyitini gətirməyə gedən Nazim İbrahimov da mənim yaxın dostum olub. Həm o, həm də Ukaynada olan qardaşım Musaxan Əliyev söylədi ki, Elçini Rövşən qətlə yetirib. Qardaşım hadisə vaxtı orada olmayıb, bu haqda eşidib”.

R.Əkbərov Y.Oğuzun ifadəsinə etiraz edib. O söyləyib ki, hadisə vaxtı orada olan Məzahir Şıxəliyev olaydan 3 gün sonra öldürən adamın kimliyini müəyyən etmək üçün şəkil istəyib: "Bu halda hadisə günü onun Yunis Oğuza məlumat verməsi ziddiyətlidir”.

Məhkəmədə qətlə yetirilən E.Əliyevin qohumu Elman Ağayev də dindirilib. O vurğulayıb ki, hadisədən bir neçə saat əvvəl E.Əliyevlə telefonla danışıb:

"O, Rövşən Əkbərov adlı generalın Ukraynada qonaq olduğunu, onunla görüşdüklərini, həmin gün də yenidən görüşəcəklərini söylədi. Səhəri gün zəng gəldi ki, Elçini qətlə yetiriblər. Nazim İbrahimov Elçinin meyitini gətirdikdən sonra mənə Rövşən Əkbərovla görüşdüyünü bildirdi. Rövşən Əkbərov Nazim İbrahimova Elçini öldürdüyünü etiraf edib”.

Generalın vəkilləri şahidin 2003-cü ildəki ifadəsi ilə hazırkı ifadəsi arasında kəskin ziddiyətlər olduğunu deyiblər. Belə ki, E.Ağayev əvvəlki ifadəsində N.İbrahimovun hadisədən sonra 1 il gizləndiyini bildirib.

Şahid 17 il əvvəl ifadə verdiyini, hər şeyi detallı xatırlamadığını deyib: "Amma biz bilirik ki, Rövşən Əkbərov əvvəlcə Məzahirin sabiq daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü olduğunu biləndən sonra vurub. Daha sonra maşından küt alət götürüb Elçini öldürüb. Qüdrət də onun yanında olub".

Məhkəmənin növbəti iclası sentyabrın 15-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh verdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
14:05 15.08.2025
TƏBİB-dən Beyləqanda qızdırmadan ölən azyaşlı ilə bağlı AÇIQLAMA
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
14:03 15.08.2025
Canlı yayımda dəhşətli anlar: Hamının gözü qarşısında başından güllələndi
Zaur Mikayılov  Tovuz rayonunda vətəndaşlarla görüşüb
13:52 15.08.2025
Zaur Mikayılov Tovuz rayonunda vətəndaşlarla görüşüb
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA