Trend-in məlumatına görə bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibiElman Abdullayevməlumat verib. Abdullayev bildirib ki, 15-20 gün ərzindəFərid HüseynvəŞəhriyar Hacızadənin məhkəməsi yekunlaşacaq və onlar barəsində çıxarılacaq qərarla bağlı məlumat veriləcək. Abdullayevin sözlərinə görə, hakim bildirib ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə barəsində hələlik rəsmi ittiham və qərar yoxdur. Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.