Həbsxanada şirniyyatdan narkotik çıxdı

Həbsxanada şirniyyatdan narkotik çıxdı
Bütün Xəbərlər
07:41 18.09.2012
1048
Məhkumun yanına görüşə gəlmiş şəxsin çəzəçəkmə müəssəsinə narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin və 2 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsndə cəza çəkən 1991-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.1, yəni qəsdən adamöldürmə maddəsi ilə təqsirli bilinərək 8 il müddətində azadlıqdan məhrum edilmiş məhkum Qərib Qəhrəman oğlu Əliyevə vətəndaş Cəlal Cəfərovun gətirdiyi sovqata baxış keçirilən zaman şirniyyat məmulatının içərisindən ümumi çəkisi 13,4 qram narkotik vasitə olan tiryək aşkarlanaraq götürülüb.
Faktla bağlı təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR