Həbsxanadan qaçan məhbusun fotosu yayımlandı - FOTO

Həbsxanadan qaçan məhbusun fotosu yayımlandı - FOTO
Bütün Xəbərlər
16:51 10.12.2011
2403

MTN məsələ ilə bağlı açıqlama yaydı

Milli Təhlükəsizlik Nazirliyi həbsxanadan qaçan məhkumla bğlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, dekabr ayının 8-də saat 21 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonu ərazisində yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindəki (MTCM) məhkumlarla əlaqədar baş vermiş insident və həmin məhkumlardan birinin - Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Fərəcov Faiq Fuad oğlunun MTCM-dən qaçması barədə Milli Təhlükəsizlik Nazirliyinə məlumat daxil olub. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əməliyyat strukturlarına tapşırıqlar verilmiş və Faiq Fərəcovun tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. 2011-ci il dekabr ayının 9-da axşam saat 20:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar küçəsində yerləşən “Asfar” qapalı futbol kompleksinin ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat qrupu tərəfindən Faiq Fərəcov yaxalanmış və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarına təhvil verilib.

OXŞAR XƏBƏRLƏR