"Heç kim deyə bilməz ki, mənim övladım homoseksual olmayacaq"
Bütün Xəbərlər
00:24 23.01.2015
1929
Gey olduğuna görə cəmiyyətin qınaq obyektinə çevrilən İsa Şahmarlının intiharından bu gün 1 il keçir. İsayla tanışlığım olmasa da, onun ölümü mənə çox pis təsir etmişdi. Öldüyü günü dostlarının yanında oldum, Günlərlə şokdan çıxa bilmədim. Amma mənə İsanın ölümündən də betər gələn Facebook'da yazılan nifrət dolu, təhqiredici kommentlərdi. Bu hadisəyə sevinənlər də varıydı. Təsəvvür edə bilirsiniz, nə qədər vicdansız olasan ki, heç kəsə zərəri olmayan birinin ölümünə sevinəsən. O gündən bu mövzularda yazılan kommentləri oxumuram. Homofobiya savadsızlıqdan, dünya görüşünün aşağı olmasından qaynaqlanır. Homosesuallıq seçim deyil və heç kim deyə bilməz ki, mənim övladım homoseksual olmayacaq. Homoseksuallarla bağlı yazılan hər hansı neqativ fikiri 15 yaşlı lezbiyan və ya gey oxuduqda nələr keçirə bilər, kim bilir. Mütəmadi şəkildə insanı dəyərsizləşdirən fikirlər eşitmək intiharın başlıca səbəblərindəndir. Buna görə də "nifrət öldürür" deyirik, necə ki, İsanı cəmiyətin - ailəsinin, oxuduğu universitetin qınağı, nifrəti bitirdi İnsanlar fərqlidir. Və fəqli insanlara sevməyə məcbur deyilsiniz, amma hörmət etməyə məcbursunuz. Bilmədiyiniz mövzularda fikir yürütməzdən öncə, o haqda araşdırın, öyrənin, daha sonra mühakimə edin. İnsanları istedadlarına, insani keyfiyyətlərinə görə dəyərləndirin, yataqda kimlə yatdıqlarına görə deyil".Tural