'Heç vaxt anti-İran meylli qüvvələr Azərbaycanda meydan oxumayacaq' - AÇIQLAMA

Bütün Xəbərlər
17:15 10.03.2012
1416
Son zamanlar İran-Azərbaycan münasibətlərində gərginlik yoxdur. Prezident Administarsiyasının ictimai -siyasi şöbəsinin müdiri Əli Həsənov ANS-ə müsahibəsində bildirib ki, sadəcə olaraq İranda olan bəzi dairələr Qərb ölkələrinin İrana edəcəyi hərbi təcavüzdən ehtiyatlanaraq bütün qonşu dövlətlərə, xüsusilə də hərbi təhlükəsizlik sahəsində Qərb dövlətləri ilə münasibətləri olan qonşularına qarşı bu cür basqılar edir. Əli Həsənovun fikrincə, bütün bu basqıların əsasında isə rəsmi Tehran bir daha əmin olmaq istəyir ki, qonşularının ərazisindən onlara qarşı istifadə olunmayacaq."Azərbaycan dəfələrlə bu bəyanatı verib. Azərbaycan əlbəttə öz daxili, xarici münasibətlərini öz maraqlarına uyğun qurur. Xarici ölkələrin də maraqlarından çıxış edərək bu məsələlərin İrana dəxli yoxdur. İranda bizim soydaşlarımız var. Heç vaxt anti-İran meylli qüvvələr Azərbaycanda meydan oxumayacaq", deyə Ə. Həsənov bəyan edib.Azərbaycan öz hərbi qüdrətini gücləndirmək üçün silah alırRəsmi Təl-Əvivin Azərbaycana 1,6 milyard. dollar dəyərində silah satmağı planlaşdırmasına dair İsrail mətbuatında yazılanların İranda narahatlıq yaratmasına da münasibət bildirən Əli Həsənov deyir ki, Azərbaycanın atdığı bütün addımların arxasında özünün hərbi təhlükəsizlik maraqları dayanır. Əraziləri işğal altında olan Azərbaycan heç kimə hücum etməyə hazırlaşmır."Ərazi bütövlüyümüz bərpa edilməyib. Azərbaycan müdafiə qabiliyyətini, qüdrətini necə bacarırsa, necə istəyirsə o cür də edir. Buna heç bir xarici ölkənin qarışmaq haqqı yoxdur. Azərbaycan heç kimə hücum etməyə hazırlaşmır. Ancaq öz suverenliyi üçün öz hərbi qüdrətini artırmaq istəyir", deyə Ə. Həsənov vurğulayıb.Son zamanlar Rusiya ilə Azərbaycan arasında Qəbələ RLS-i ilə bağlı danışıqların intensivləşdiyini deyən Əli Həsənovun sözlərinə görə, başqa bir ölkəyə məxsus hərbi obyektin Azərbaycan ərazisində olması ictimaiyyət arasında ciddi narahatlığa səbəb olub və bu istiqamətdə danışıqlar hələ də davam edir.
ANS TV
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
21:14 15.08.2025
Tramp Putinlə danışıqlarının çox yaxşı keçəcəyinə əmindir
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
21:06 15.08.2025
"Şamaxı" braziliyalı müdafiəçi ilə anlaşdı
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
20:54 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, 2 nəfər yaralanıb
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
20:48 15.08.2025
Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
20:35 15.08.2025
Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik edib
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
20:29 15.08.2025
Hakimliyə yeni seçim qaydaları təsdiqləndi
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
20:20 15.08.2025
Zəngilana hücumlar nəticəsində doğmaları öldürülmüş şəxslər məhkəmədə ifadə VERDİ
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
20:14 15.08.2025
ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib - FOTOLAR
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
20:09 15.08.2025
Rusiya Ukraynanın Sumı regionuna hücum edib
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
19:51 15.08.2025
Tramp Ukraynanın NATO-ya qoşulmasını istisna edib
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
19:38 15.08.2025
İtaliya çempionu fransalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərib
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
19:24 15.08.2025
Putin və Trampın görüşündən sonra Ukraynanın aqibəti necə olacaq? - AÇIQLAMA
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
19:21 15.08.2025
Tramp: Rusiya müharibəyə davam etsə, ciddi nəticələrlə üzləşəcək
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
19:10 15.08.2025
İsveçdə məscid yaxınlığında atışma olub, bir neçə nəfər xəsarət alıb
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
18:59 15.08.2025
Malidə bir qrup hərbi qulluqçu və bir fransız agent saxlanılıb
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib
18:48 15.08.2025
Argentinalı futbolçu 33 yaşında karyerasını bitirib