Heç vaxt görmədiyi insana 1,4 milyon pul verdi

Heç vaxt görmədiyi insana 1,4 milyon pul verdi
Bütün Xəbərlər
14:17 03.03.2015
1770
Amerikalı qadın real həyatda heç vaxt görmədiyi sevgilisinin hesabına 1,4 milyon dollar pul köçürüb.Afrikada yaşayan kişi 46 yaşlı qadına sevgisini elə çatdırıb ki, qadın pullarını belə ona qurban verib. Kişi bu pulların köməkliyi ilə problemlərini həll edib tezliklə ABŞ-a gəlib onunla evlənəcəyinə söz verib.İki dəfə boşanmış Sara televiziya tok-şoularının birində qəhrəman qismində qonaq olub. О, virtual olaraq tanıdığı Kris Olsen adlı kişinin vədlərinə ilk hələ də inandığını deyib. Amerikalının sözlərinə görə, Afrikada yaşayan sevgilisinin məhəbbətinə 95% güvənir.Aşiq olmuş qadın pullar göndərdiyi sevgilisinin də ABŞ vətəndaşı olduğunu, lakin müəyyən səbəblər üzündən ilyarımdır Afrikada yaşadığını deyir. Kredit kartlarını itirdiyi üçün və yerli hüquq-mühafizə orqanları ilə probler yaşadığından evə qayıda bilmir.Sara internetdə tanış olduğu naməlum yaraşıqlı tərəfindən sevilməsinə əvvəlcə inanmasa da, Kris Olsen onu bu xoşbəxtliyə inandırıb. Sara deyir ki, onlar heç vaxt görüşməyiblər, amma müntəzəm şəkildə saatlarla telefonla danışırlar və internet üzərindən yazışırlar.Xoşbəxtliyini bu kişidə tapdığına inanan online-gəlin, təxminən milyon yarım pulu ilyarım ərzində hissə-hissə göndərib. Pulu qurtardıqda isə evini 500 min dollara satıb onun hesabına köçürüb.
OXŞAR XƏBƏRLƏR