Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı

Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanıldı
SOSİAL
02:00 14.04.2026
729
Səudiyyə Ərəbistanında bazar ertəsi Həcc mövsümü ilə bağlı yeni qaydaların icrasına başlanılıb. Qaydalara əsasən, Məkkə şəhərinə giriş yalnız xüsusi icazəsi olan şəxslərə şamil ediləcək.

AZXEBER.COM xəbər verir ki, müqəddəs şəhərə yalnız orada verilmiş "yaşayış icazəsi” olanlar, Həcc vizası və ya mövsüm ərzində orada işləmək üçün rəsmi icazəsi olan şəxslər buraxılacaq.

Vurğulanıb ki, müvafiq qurumlar tərəfindən verilmiş icazəsi olmayan şəxslərin Həcc məkanlarına daxil olmasına yol verilməyəcək.

Mövsüm ərzində işləyən əcnəbi vətəndaşlar üçün giriş icazələri elektron qaydada "Absher” və "Muqeem” portalları vasitəsilə verilir.

Bundan əvvəl Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi zəvvarların təhlükəsizliyini təmin etmək və ibadətin rahat şəkildə yerinə yetirilməsi məqsədilə bir sıra tədbirlər elan edib.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi bildirib ki, Ümrə vizası ilə ölkəyə gələn zəvvarlar üçün son çıxış tarixi aprelin 18-i müəyyən edilib.

Nazirlik, həmçinin qeyd edib ki, "Nusuk” platforması vasitəsilə Ümrə vizalarının verilməsi ölkə vətəndaşları, Körfəz ölkələrinin sakinləri, habelə ölkə daxilində yaşayan xaricilər və digər viza sahibləri üçün mayın 31-dək dayandırılıb.

Açıqlamaya əsasən, aprelin 18-dən etibarən yalnız Həcc vizası olan şəxslərə Məkkə şəhərinə daxil olmağa və orada qalmağa icazə veriləcək.

Nazirlik Həcc mövsümü ilə bağlı qaydalara əməl etməyə çağıraraq bildirib ki, bu tələblərin pozulması qanunvericiliyə uyğun olaraq cərimə və digər sanksiyalarla nəticələnə bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir