Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Bu barədəməlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı,Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında avqustun 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoza görə, avqustun 27-dən 29-dək Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi olmasına baxmayaraq, gün ərzində havada rütubətliyin çox olması nəticəsində bürkülü hava insanlarda diskomfort hissi yarada bilər.