Həftənin ilk iş günündə hava necə olacaq?

Həftənin ilk iş günündə hava necə olacaq?
Bütün Xəbərlər
12:13 20.10.2013
1397

Bakı və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

AZXEBER.COM-un məlumatına görə, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR