Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı

Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
SOSİAL
19:14 27.06.2026
276
Avropada müşahidə olunan anomal istilər yeni rekordların qeydə alınmasına səbəb olub.

Son 150 ildən çox müddət ərzində ilk dəfə olaraq Danimarkada termometrlərin göstəricisi 36,6°C-ə yüksəlib.

Bununla da ölkədə 1975-ci ildən bəri dəyişməz qalan 36,4°C-lik əvvəlki rekord yenilənib.

Bənzər rekordlar digər ölkələrdə də qeydə alınır. Məsələn, Slovakiyada gecə temperaturu ilə bağlı yeni rekord qeydə alınıb – havanın qaralmasından sonra belə temperatur 26,3°C-dən aşağı düşməyib.

Almaniya Meteorologiya Xidmətinin ilkin məlumatlarına görə, Saarbrükken-Burbax bölgəsində bəzi yerlərdə istilik 41,3°C-ə çataraq 2019-cu ilin rekordunu geridə qoyub.

Sinoptiklərin proqnozlarına əsasən, həftəsonu bu rekordların yenidən təkrarlanması və ya təzələnməsi ehtimalı olduqca yüksəkdir.

/Musavat.com
OXŞAR XƏBƏRLƏR