Həkim Samirə Qələndərli göz sağlamlığının qorunmasında düzgün qidalanmanın əhəmiyyətinə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, həkim yaşıl və sarı rəngli tərəvəzlərin, meyvələrin və balığın göz sağlamlığı üçün faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, bu qidalar göz sağlamlığının dəstəklənməsinə kömək etsə də, görmə zəifliyini aradan qaldırmır və onun irəliləməsinin qarşısını təkbaşına almır.
Samirə Qələndərli vurğulayıb ki, göz sağlamlığını qorumaq üçün düzgün qidalanma ilə yanaşı, mütəmadi göz müayinəsindən keçmək də vacibdir.











































