Həkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİA

Həkim faiz vermədiyinə görə işdən çıxarıldı - ŞOK İDDİA
SOSİAL
20:30 04.01.2026
1219
Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda həkim-radioloq vəzifəsində çalışan Abdullayev Ramil Şakir oğlu Musavat.com-dan kömək istəyir. 6 ildir institutda çalışan həkim çox çətin durumla üzləşdiyini deyir.

O, institutun direktoru Mətanət Əfəndiyeva tərəfindən uzun müddət davam edən təzyiq, hədə-qorxu, qanunsuz tələblər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə üzləşdiyini iddia edir.

 


R.Abdullayevin sözlərinə görə, son bir neçə ay ərzində direktor ondan hər ay aldığı bonusların yarısını ona verməsini tələb etmiş, imtina etdikdə isə açıq şəkildə bildirib ki, pul verib sənin yerinə işə düzəlmək istəyənlər çoxdur: "Xəstəxanada yeganə həkim-rentgenoloq olduğum üçün üzərimə düşən iş yükü normadan artıqdır və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu səbəbdən bonuslar ödənilir. Bonus verməkdən imtina etdiyim üçün direktor tərəfindən qanunsuz şəkildə mənə gündə 25 müayinədən artıq etməyə qadağa qoyulub, xəstələrə talon verilməsi dayandırılıb, iş vaxtım bitməsinə baxmayaraq xəstə qəbulu aparmağıma icazə verilmir.

2025-ci ilin oktyabr ayında məzuniyyətdə olduğum müddətdə direktor qanunsuz olaraq əlavə həkim-rentgenoloq ştatı açmış, saxta müsabiqə təşkil edərək, digər daha təcrübəli namizədlər olduğu halda, radiologiya şöbəsinin müdiri Şəfiqə Əliyevanın yaxın rəfiqəsini işə götürüb. Bununla yanaşı, 26 noyabr 2025-ci il tarixində radiasiya təhlükəsizliyinə cavabdeh şəxs statusundan azad edilməyimlə bağlı müraciət etsəm də, ekspert komissiyasının mənim xeyrimə verdiyi qərara baxmayaraq direktor sərəncam verməkdən imtina edib. 25 dekabr 2025-ci il tarixində isə mənim iştirakım olmadan qanunsuz iclas keçirərək dövlət sənədlərini saxtalaşdırıb, məni işdən çıxarıblar. Bundan əlavə, direktorun rəhbərliyi dövründə xəstəxana üçün alınan avadanlıqların iki-üç dəfə baha qiymətə, saxta tenderlər yolu ilə əldə edilməsi, dövlət vəsaitinin israf olunması halları mövcuddur. 2019-cu ildən etibarən xəstəxanada rentgen texniki olmadan tək fəaliyyət göstərmiş, dəfələrlə müraciət etməyimə baxmayaraq bu problem aradan qaldırılmamış, mən həm həkim, həm də texnik kimi işləməyə məcbur edilmişəm. Təsəvvür edin ki, bu il 9 oktyabr tarixində kabinetimdə rəhbərlik tərəfindən yerləşdirilmiş dinləyici qurğu aşkar edildi. Kabinetimin açarının digər nüsxəsi isə, xəstəxananın təsərrüfat şöbəsinin müdiri Cavanşir Tanrıverdidə olub. İndi görün mən hansı təhlükəli şəraitdə çalışmışam.

Aidiyyatı qurumlardan xahiş edirəm ki, mənə köməklik göstərsinlər. Qeyd etdiyim faktlar yaxından araşdırılsa, hər kəs görər ki, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda hansı qanunsuzluqlar baş verir”.
 
Mənbə: Musavat.com

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR