Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”

Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
MEDIA
15:48 18.09.2026
832
"Bu gün media nümayəndələri, jurnalistlər yalnız informasiya yayıcısı kimi deyil, eyni zamanda günümüzün ən böyük problemlərindən olan dezinformasiya və saxta xəbərlər ilə mübarizə aparan rolunda da fəal olmalıdır”. 

AZXEBER.COM xəbər verir ki, bu sözləri İsmayıllı rayonunda Baş Prokurorluğun təşkikatçılığı ilə keçirilən "Müasir çağırışlar fonunda dövlət, media və vətəndaş cəmiyyəti əməkdaşlığı" adlı konfransda çıxışı zamanı Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. 

O qeyd edib ki, cəmiyyətin hər bir fərdi media savadlılığına yiyələnməlidir:

"Sosial şəbəkələrin sayəsində feyk xəbərlər, dezinformaiyalər bəzən bir neçə saat ərzində milyonlarla insana çata bilir. Yanlış məlumatın yayılması üçün saniyələr kifayətdir, amma həmin məlumatın yaratdığı yanlış təsəvvürü aradan qaldırmaq günlər, hətta həftələr tələb edə bilər. Bu baxımdan da dövlətimiz tərəfindən media savadlılığı layihəsi həyata keçirilir. Cəmiyyətimiz media savadlılığına yiyələnməlidir ki, bu tip məlumatlara aldanmasın”. 

Hacıbəy Heydərli süni intellektin mediaya təsiri haqda da danışıb:

"Süni intellekt media üçün böyük imkanlar yaradır. Jurnalist işini sürətləndirir, məlumatların təhlilinə kömək edir, yeni kontent formalarının yaranmasına şərait yaradır. Amma digər tərəfdən, süni intellektlə hazırlanmış saxta görüntülər, səslər və videolar - deepfake texnologiyaları - informasiya mühitində etimad problemini daha da dərinləşdirə bilər”.

O qeyd edib ki, dövlət, media və vətəndaş cəmiyyətinin birlikdə hərəkət etməlidir: 

"Gələcəyin mediasında əsas dəyər yalnız sürət və operativlik olmayacaq. Əsas dəyər etibar və inam olacaq. Bu mübarizədə dövlət, media və vətəndaş cəmiyyətini birlikdə hərəkət etməlidir. 

Dövlət, media və vətəndaş cəmiyyəti bir-birinin alternativi deyil, eyni informasiya ekosisteminin fərqli və vacib tərəfləridir. Bu əməkdaşlığı nə qədər gücləndirsək, cəmiyyətimiz yanlış məlumatlara qarşı bir o qədər dayanıqlı olacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
18:36 10.10.2026
Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
18:30 10.10.2026
Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
18:23 10.10.2026
Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı
Polkovnikə FHN-də yüksək vəzifə verildi
18:18 10.10.2026
Polkovnikə FHN-də yüksək vəzifə verildi
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
18:14 10.10.2026
"Azərişıq": Cənub regionundakı qəzaların aradan qaldırılması üçün iş gedir
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
18:09 10.10.2026
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
18:03 10.10.2026
Kallas: Aİ oktyabrın 12-də Rusiyaya qarşı indiyədək ən böyük sanksiyalar paketini təsdiqləyəcək
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar