Həkim sağ qalan qadını meyitxanada öldürdü

Həkim sağ qalan qadını meyitxanada öldürdü
DÜNYA
03:00 20.11.2026
92
Arxangelsk vilayətinin Severodvinsk şəhərində 73 yaşlı xəstəni qətlə yetirməkdə ittiham olunan 29 yaşlı həkim həbs edilib.

AZXEBER.COM Lent.az-a istinadən bildirir ki, istintaq məlumatına görə, 2025-ci ilin dekabr ayında reanimatoloq Oleq Q. qadını xilas etməyə çalışıb, lakin səylərinin uğursuz olduğunu düşünərək onun öldüyünü bildirib. Cəsəd meyitxanaya göndərilib və iki saat sonra işçilərdən biri həyat əlamətləri görüb həkimə məlumat verib.

Həkim meyitxanaya gəlib, xəstənin nəbzini yoxlayıb və səhvini ört-basdır etmək üçün ona "Propofol” adlı anestezik dərman vurub. İynə ölümcül olub.

Həkim barəsində köməksiz qadının qətli ilə bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR