Həkimlər imtahan verdi

Həkimlər imtahan verdi
Bütün Xəbərlər
18:00 27.06.2013
1188
Bu gün Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilib.Bu gün keçirilmiş imtahanda 90 nəfər iştirak edib. Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdən ibarətdir.Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Onlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İştirakçıların sayı nəzərə alınmaqla işə qəbul imtahanlarının 27 iyun, 2 iyul və 4 iyul tarixlərində keçirilməsi planlaşdırılıb.Növbəti imtahanlar 2 və 4.07.2013-cü il tarixlərində keçiriləcək.
OXŞAR XƏBƏRLƏR