Həkimlərin səhvinə görə ölümlə üzləşən 7 yaşlı uşağın vəziyyəti ağırlaşır - FOTOLAR

Həkimlərin səhvinə görə ölümlə üzləşən 7 yaşlı uşağın vəziyyəti ağırlaşır -  FOTOLAR
Bütün Xəbərlər
14:17 23.06.2013
3916

Balaca Şəhriyarın köməyə ehtiyacı var.

Bir neçə ay bundan öncə, 7 yaşlı Şəhriyar Əliyevin xəstəliyi ilə bağlı oxucularımıza ətraflı məlumat vermişdik.

Azyaşlının dünyada milyonda bir rastlanan xəstəliyə düçar olması onun vəziyyətinin ağırlaşmasına səbəb olub. Şəhriyarın anasının AZXEBER.COM-a verdiyi məlumata görə, uşaq vaxtı-vaxtında müalicə olunmasa ölə bilər:

“Oğluma hamilə olan vaxt heç bir xəstəliyim yox idi. Nəslimizdə də genetik olaraq heç bir xəstəlik yoxdur. Uşaq dünyaya gələndən sonra həkim nəzarətində olmuşdur. Vaxtı-vaxtında lazımi peyvəndlərini də etdirmişəm. 2011-ci ilin avqust ayında uşağı sahə həkiminin yanına apardım. Həkim dedi ki, uşağın soyuqdəyməsi var və ona 4 günün içində 8 ampula antibiotik vuruldu. Antibiotiklərin vurulmasından sonra uşağın vəziyyəti getdikcə pisləşməyə başladı. Daha sonra uşağı 2011-ci ildə Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna apardım. Həkimlər Şəhriyardan analiz götürdülər. Analizlərə görə, yanlış vurulan iynə uşağın sümük iliyində xəstəliyə səbəb olub. Bu dünyada milyonda bir görülən xəstəlikdir. Həkimlər deyir ki, uşağın dalağı getdikcə böyüyür. Xəstəliyin müalicəsi Almaniyada var. Həkimlər deyir ki, uşağın 1 illik müalicə xərci 250 min dollara başa gəlir. Hamıdan mənə kömək eləməyə çağırıram”.

Əlaqə: +994519607893(Şəhla xanım)

OXŞAR XƏBƏRLƏR