"Hələ başqa bir mahnınızı da oxuyacağam"

"Hələ başqa bir mahnınızı da oxuyacağam"
MAQAZİN
11:01 16.04.2026
175
Müğənni Aytac Vidadiqızı Könül Kərimovanın onun haqqında dediyi fikirlərə münasibət bildirib.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi xoş sözlərə gösə Kərimovaya təşəkkür edib.
 
Aytac bildirib ki, Əməkdar artistin daha bir mahnısını daifa edəcək:
 
"Çox dəyərli aparıcımız Afaq xanımın verlişində gözəl sənətkarlarımız Könül xanım qonaq olub, və mənim haqqımda xoş fikirlər bildirib. İllər öncə, təxminən 7 il əvvəl Könül xanımın repertuarından "Bir aləm var" mahnısını ifa etmişdim və o zaman şəxsən icazəsini almışdım. Hətta özü "Ürəyin hansı mahnımı istəyir, oxu" deyə dəstək göstərmişdi.

Zaman keçir, bəzən xatirələr qarışır... amma əsas olan sənətə olan hörmət və sevgidir. Çox yaxın zamanda yenidən Könül xanımın icazəsi ilə repertuarından başqa bir mahnıya da müraciət edəcəyəm. Sənətkarın mənim haqqımda söylədiyi xoş sözlər mənim üçün çox dəyərlidir. Onların sənəti və səhnə mədəniyyəti hər zaman örnəkdir. Diqqət və gözəl sözlər üçün hər ikisinə təşəkkür edirəm".
 
Aysel

 


 


OXŞAR XƏBƏRLƏR