HƏMAS kompromisə getməyəcəyini və "bütün fələstinlilərin hüquqları həyata keçirilənə qədər" mübarizəni davam etdirəcəyini elan edib.
Bu barədə müvafiq bəyanat hərəkatın teleqram kanalında paylaşılıb.
"Fələstin xalqı işğal sona çatana və onun bütün qanuni hüquqları tam şəkildə həyata keçirilənə qədər öz qanuni mübarizəsini dayandırmayacaq", - məlumatda bildirilib.