‘Həmin avtobus sürücüsü özünü Şumaxerlə müqayisə edirdi’ – Avtobus qəzasından bir gün öncə

‘Həmin avtobus sürücüsü özünü Şumaxerlə müqayisə edirdi’ –  Avtobus qəzasından bir gün öncə
Bütün Xəbərlər
17:49 06.06.2014
2809

‘Hər gün bu avtobusda özümü ‘Formula 1’ yarışının iştirakçısı kimi hiss edirəm’.

Azərbaycanda sərnişin avtobuslarında baş verən qəzaların çoxalması artıq vətəndaşlar arasında da təşvişə səbəb olub. Belə ki, ötən gün Qara Qarayev metrosunun yaxınlığında iki sərnişin avtobusu sürücülərin azğınlığı üzündən dəhşətli qəzanın baş verməsi və 20 sərnişinin yaralanması mövcud problemin önəmli olduğundan xəbər verir.

Elə həmin gün digər bir ərazidə 83 saylı sərnişin avtobusu bir neçə avtobusu əzərək ağır yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdu.

Qəzalarla yanaşı sərnişin avtobuslarında sürücü mədəniyyətinin də bərbad vəziyyətdə olması Bakının həllini gözləyən problemləri siyahısında ön cərgədə dayanır.

AZXEBER.COM-un elektron ünvanına müraciət edən Ələsgər Bağırov adlı oxucu da məhz sürcü özbaşınalığından şikayətçidir. O Binə qəsəbəsinə getmək üçün hər gün istifadə etdiyi 100, 136 və 171 saylı maşrut avtobuslarında sürücülərin özlərini “Formula 1” yarışlarının iştirakçıları kimi apardıqlarını yazıb.

Şikayətçi deyir ki, aereport yoluilə hərəkət edən bu sərnişin avtobusları, sərnişinlərin həyatlarını təhlükəyə ataraq saatda 130-140 km sürətlə hərəkət edir:

“Mən özüm Binə qəsəbəsində yaşayıram. Hər gün 136,100 və 171 saylı maşrutlardan istifadə edib Qara Qarayev metrosuna gəlirəm. İşdən evə qayıdanda da eyni qayda ilə bu maşrutlardan birinə minərək evimə gedirəm. Demək olar ki, hər səhər və axşam bütün sərnişinlər ürəyi ağzında bu yolu gedib-gəlirlər. Bu avtobuslara minəndə özümü ‘Formula 1’ yarışlarının iştirakçısı kimi hiss edirəm. Hətta onlar özlərini  Mihael Şumaxerlə müqayisə edirlər”.

Şikayətçinin sözlərinə görə, 5 iyun tarixində 20 nəfərin yaralanması ilə nəticələnən qəzadan bir gün öncə, o həmin qəzaya səbəb olan 36 saylı avtobus sürücüsü ilə dalaşıb:

“Ötən gün 36 saylı avtobusun sürücüsündən biraz asta sürməsini tələb etdim. Əvəzində isə məni təhqir edərək “birinci dəfə deyil ki belə sürürük” deyib əvvəlki kimi avtobusu sürmyə davam etdi. Səhərisi gün səhər saatlarında həmin avtobus Qara Qarayev metrosunun yanında qəzaya düşdü. Bütün aidiyyatı qurumlar bu məsələyə ciddi yanaşmalıdır. Hamımızın həyatı təhlükə altındadır”.

OXŞAR XƏBƏRLƏR