"Həmin video montaj olunub, burada hay məkri açıq-aydın görünür" - Deputat

"Həmin video montaj olunub, burada hay məkri açıq-aydın görünür" - Deputat
SOSİAL
12:59 03.10.2022
331
Sahib Alıyev,
Milli Məclisin deputatı
 
Bilirəm ki, son dərəcə həssas məsələdir və burada yazılanları tamam başqa cür anlayanlar, yaxud da düz anlasalar da, fərqli şəkildə təqdim edəcək şəxslər də var, ancaq hayların dövriyyəyə buraxdıqları son videodan sonra susmaq da olmur. Özəlliklə də informasiya cəbhəsində onlarla çiyin-çiyinə vuruşan bəzi "azərbaycanlılar”ın nə yazdıqlarını və danışdıqlarını görüb də bunu düzgün saymıram.

Beləlikə, öncə onu deyim ki, həmin video montaj olunub, burada da hay məkri açıq-aydın görünür. İkincisi, təəssüf doğurur ki, bu gün daha çox 44 günlük savaş zamanı Tərtərə, Gəncəyə, Bərdəyə və digər dinc yaşayış məskənlərimizə artilleriya-raket zərbəsi endirilməsi pislənib, buna cavab verilməli olduğu tələb edilməkdənsə, sosial şəbəkələrdə azərbaycanlı əsgərlərin azad etdikləri mövqelərdə torpaqlarımıza soxulmuş düşmən hərbçilərilə savaş qanunlarına uyğun davranmaması müzakirə olunur.

Bu da elə-belə deyil. Ermənistanı, bütövlükdə hayları geosiyasi alət gözündə görənlər müxtəlif səbəblərdən hazırda onları arzuladıqları silah və sursatla təmin etməsələr də, informasiya cəbhəsində hərtərəfli dəstəklərini əsirgəmirlər.

Məhz ona görə də hər bir hərbçimiz son dərəcə ehtiyyatlı davranmalıdır. O anlamalıdr ki, əgər izn yoxdursa, özünün, yaxud da əsgər yoldaşlarının əsl qəhrəmanlığının əks olunduğu döyüş səhnələrini belə çəkib yaymaq olmaz! İnformasiya savaşı haqqında anlayışı olmayan, yaxud da az anlayışlının eksklüziv döyüş səhnələrini paylaşması, hara gəldi də deyil, daha çox öz mövqelərimizə atəş açması, bəzən isə artilleriya zərbəsi endirməsi kimi bir şeydir. Unudulmamalıdır ki, döyüşdə əsgərin vəzifəsi vuruşmaqdır, necə vuruşduğunu çəkmək deyil! Bunun üçün başqaları var.

Daha bir neçə kəlmə də, məhz montaj edilmiş həmən videodakı səhnəyə dayanaraq yazmaq istəyirəm. Aydındır ki, torpaqlarımz düşməndən təmizlənərkən hərbçilərimizin hansı çətinliklərlə üzləşdiklərini təsəvvür etmək olar, amma bunun üçün nələrdən keçdiklərini onların özləri qədər kimsə bilməz.
 
Orasını da anlayıram ki, öz doğma qardaşından daha çox könül bağladığı əsgər yoldaşını itirən igidlərimizin döyüşlərdə yaxaladığı düşmənlə necə rəftar etməli olduğunu mənim kimi klaviatura arxasında oturub yazmaq çox asandır. Düşmənin kimliyini, Xocalı soyqırımı qarışıq hansı vəhşilikləri etdiyini unutmayan, 44 günlük savaş zamanı Azərbaycanın dinc yaşayış məskənlərinə-Gəncəyə, Bərdəyə, Tərtərə necə raket zərbələri endirdiyini görən hərbçimizin döyüş tapşırığı yerinə yetirərkən onlarla üzləşəndə öz emosiyalarını cilovlaması isə elə də asan deyil. Üstəlik, az öncə qeyd etdiyim kimi bu əsəgər ən əziz doğması sandığı döyüş yoldaşını itirbsə, düşmənlə heç də bütün hallarda qanunlar çərçivəsində davrana bilmir. Ancaq davranmalıdır! Özəlliklə də əgər söhbət xüsusi təyinatlıdan gedirsə, o, "atəş” əmri ilə "atəşi dayandır” əmrini eyni dəqiqliklə yerinə yetirməlidir. Əgər yanında duran komandirinin "atəşi dayandır” əmrinə emosiyalarını cilovlayıb tabe olmursa, artıq xüsusi təyinatlı deyil! Mənim nə dediyimi xüsusi təyinatlılar yaxşı anlayırlar. Çünki onlar gözəl bilirlər ki, xüsusi təyinatlıda üstün döyüş bacarığından daha çox dözüm, soyuqqanlılıq, intellekt və yüksək intizam tələb olunur.

Sonda ümid etdiyimi bildirirəm ki, hərbi prokurorluğun apardığı araşdırmalar əsl həqiqəti üzə çıxaracaq. Amma ondan daha çox əmin olmaq istərdim ki, hərbçilərimiz döyüş zamanı özbaşına nəsə çəkib yaymaq təcrübəsinə birdəfəlik son qoyacaqlar!

Gələcəkdə atdıqları hər bir addımda Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdən örnək götürəcəklər. Xatırlayacaqlar ki, o, dinc yaşayış məskənlərimiz artilleriya atəşinə tutulanda, Ermənistan rəhbərliyi hərbi cinayət törədərək ölkənin Gəncə kimi ikinci böyük şəhərinə gecəyarısı vəhşicəsinə raket zərbəsi endirəndə, son dərəcə soyuqqanlı davranaraq bizim eyni addımı atmayacağımızı, düşmənə cəbhədə, döyüşlərdə cavab veriləcəyini bəyan etmişdi. Və arxasında böyük güclərin dayandığı düşmən üzərində qələbə çalmamızda məhz bu soyuqqanlı davranışın rolu hərbçilərimizin döyüşlərdə göstərdikləri fövqəladə qəhrəmanlıqdan heç də az olmadı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
15:52 04.08.2026
Azərbaycanlı bloger Rusiyada 4 il azadlıqdan məhrum edildi
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
15:22 04.08.2026
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU
15:20 04.08.2026
Diplom iş tapmaq üçün kifayətdirmi? - VİDEOSORĞU