Həmrəylik günündə əfv imzalanacaq

Həmrəylik günündə əfv imzalanacaq
Bütün Xəbərlər
13:26 02.12.2014
895

Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə əfv fərmanı imzalanacağı gözlənilir. 

Bu barədə “AZXEBER.COM”-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib: “Bu istiqamətdə hazırda İşçi Qrupda iş aparılır. Qrupa daxil olan sənədlər üzərində iş gedir”.

Müsahibimizin sözlərinə görə, İşçi Qrupa müxtəlif istiqamətlərdə daxil olan müraciətlərlə bağlı hazırda araşdırmalar, müzakirələr aparılır: “Bu prosesin sonunda sənəd hazırlanıb yaxın zamanlarda imzalanmaq üşün dövlət başçısına təqdim olunacaq”.

Azxeber.com

OXŞAR XƏBƏRLƏR