“Həqiqət bizim tərəfimizdədir, qələbə bizim olacaq”

MEDİA
18:38 16.07.2020
522

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması faktı xarici KİV-in diqqət mərkəzindədir.

Rusiyanın məşhur Politrus.com xəbər portalı  Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi növbəti təxribata geniş diqqət ayırıb. 

Rusiyanın Politrus.com xəbər portalı mövzu ilə bağlı bakutime.az xəbər portalının baş redaktoru Zaur Mirzə-zadənin açıqlamasını dərc olunub.

Zaur Mirzə-zadə açıqlamasında bildirib ki, Ermənistan ordusu Paşinyanın diktator ambisiyaları üçün iyulun 12-də başlayan Azərbaycana qarşı hərbi təcavüzünü davam etdirir. Vətən sərhədlərini əsgərlərlə çiyin-çiyinə qoruyan Azərbaycan Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri ağır artilleriya atəşinin qurbanları olmuşlar. Bundan başqa ermənilərin törətdiyi cinayətin qurbanları arasında mülki şəxs də var.

Zaur Mirzə-zadə qeyd edib ki, Ermənistan növbəti təcavüzünü həyata keçirir:

"Erməni qüvvələri dəfələrlə Azərbaycanın yaşayış məntəqələrini ağır silahlarla atəş açaraq mülki şəxslərin ölümünə səbəb olmuşlar. Təxribat nəticəsində əmlak və infrastruktur ciddi ziyan görmüşdü. İnanıram ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab verməli və narahatlıq barədə əcaib ifadələrlə deyil, reallıqla əlaqəsini itirmiş Paşinyanın göstərişləri ilə törədilən cinayətləri qətiyyətlə pisləməlidirlər”.

Zaur Mirzə-zadə şərhində qeyd edib ki, erməni hücumunun əsas səbəblərindən biri Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin, diplomatik uğurlarının və Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən qlobal təşəbbüslərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsidir:

"Artan beynəlxalq hörmətə və dəstəyə sahib olan, iqtisadi artım tempi ilə yüksələn Azərbaycanın fonunda Ermənistan bütün istiqamətlərdə iflasa yuvarlanır. Paşinyanın hakimiyyətə gəlməsi ilə Ermənistanda iqtisadiyyatın çöküşü və cəmiyyətin tənəzzülü xeyli sürətləndi – sanki bunu kiminsə tapşırığı ilə yerinə yetirərək məqsədyönlü şəkildə həyata keçirilir. Paşinyanın ən güclü yalançı təbliğatına baxmayaraq, Ermənistan xalqının əsl mənzərə haqqında öz fikirlərini formalaşdırmaq üçün gözləri və qulaqları var. Amma Paşinyanın hərəkətlərindən əsas Ermənistan sakinləri əziyyət çəkir.

Həmçinin Zaur Mirzə-zadə Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycan qaytarmaq üçün bütün imkanlardan istifadə olunacağını vurğulayıb:

"Ancaq biz, Azərbaycan xalqı və onun Silahlı Qüvvələri, təcavüzkarın cinayət planlarını həyata keçirməsinə imkan verməyəcəyik. Üstəlik, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yalnız Ermənistanın işğalı altında olan Azərbaycanın yeddi rayonun deyil, əslən Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağı qayidaçağıq. Və belə də olacaq! Paşinyanın dünya birliyini aldatmasına, Azərbaycanın artan nüfuzu ilə bağlı bütün yalanlarını etibarlı məlumatlarla ifşa etməsinə də imkan verməyəcəyik. Həqiqət bizim tərəfimizdədir, qələbə bizim olacaq”!

OXŞAR XƏBƏRLƏR

X Mostbet