“Həqq məndədir” adlı solo konsert keçiriləcək

MƏDƏNİYYƏT
15:38 18.12.2019
3787
21 dekabr 19:00-da "Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzi”ndə bəstəkar-müğənni Sevinc Ağasıyevanın "Nəsimi ili”nə həsr olunan "Həqq məndədir” adlı solo konserti keçiriləcək.
 
AZXEBER.COM xəbər verir ki, gecədə həmçinin əməkdar artist, tarzən Şəhriyar İmanov, bədii qiraət ustası Xəzər Süleymanlı iştirak edəcəklər. Konsertdə Tofiq Quliyev, Süleyman Ələsgərov və Sevinc Ağasıyevanın İmadəddin Nəsiminin qəzəllərinə bəstələnən mahnıları səslənəcək, Nəsiminin qəzəlləri oxunacaq. Tədbirdə musiqisi tanınmış kamança ifaçısı Mark Eliyahu, sözləri Nəsimiyə aid olan və Sevinc Ağasıyeva tərəfindən ifa olunan "Etməgil” mahnısının klipi də təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR