Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan ötən gün cəbhədə baş verən gərginliklə bağlı `Azadlıq` radiosunun erməni bölməsinin suallarını cavablandırıb.
AZXƏBƏR.COM azvisiona istinadən xəbər verir ki, nazirlik rəsmisi qeyd edib ki, cəbhədə baş verən atışma zamanı müqavilə əsasında xidmət edən bir hərbçi yaralanıb.
O, hospitala yerləşdirilib. Vəziyyəti kafidir. `Azatutyun` radiosunun müharibənin bərpası ehtimalı varmı sualını Ovannisyan belə cavablandırıb: `Peşəkarlıq nöqteyi nəzərdən qeyd etmək lazımdır ki, cəbhədə baş verənlərin özü müharibədir. Lakin intensivlik sadəcə yüksək deyil. Sizin genişmiqyaslı döyüşlər barədə sualınıza gəldikdə isə dəqiq bir cavab verə bilmərəm. Hər genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər və ya bu heç baş verməyə də bilər. Hazırda biz real genişmiqyaslı müharibənin əlamətlərini görmürük`.